Sağlam Təhsil Sağlam Millət
  • Ana səhifə
  • Layihə haqqında
  • İnnovasiyalar
  • Əlaqə
  • EN
  • Qlobal məsələ
  • Qanunvericilik
  • Təhsil Siyasəti
  • Həll yolları
  • Sual-Cavab
  • FƏG-lər
  • İcra Tələbləri
  • Məlumatlar
    • Məqsədimiz
    • Vəzifələrimiz
    • Görülən işlər
    • Gələcək planlar
    • İstiqamətlər
      • Pedaqoji
      • Psixoloji
      • Sosioloji
      • Gigiyenik
    • Məktəblərimiz
  • Tədbirlər

Layihə çərçivəsində 35 ümumtəhsil məktəbinin 68 ibtidai sinfində qeyd edilən innovasiyalar tətbiq edilir.

  1. İlk dəfə olaraq birinci siniflərdə ayaqüstü iş  masalarından istifadə edildi.  Siniflərdə ayaqüstü və oturacaqlı iş masaları olmaqla  şagirdlər  15 dəqiqədən bir  vaxtı idarə edən pultun siqnalı ilə yerlərini dəyişir, və bu zaman   tavanda  çəkilmiş göz trenajoru  və vestibulyar məşqçi sistemi ilə  bərpaedici məşqlər yerinə yetirir.  Fəaliyyətin  dəyişdirilməsi diqqəti davamlılığının artmasına, qan dövranının intensivləşməsi ilə beyin qan təchizatının yaxşılaşması  və bununla da zehni iş qabiliyyətinin yüksəlməsinə səbəb olur.
  2. XX əsrin 70-ci illərindən başlayaraq məktəblərdən mailli səthli partalarını  düz səthli masalarla əvəz olunması, uşaqların görməsinə ciddi zərər gətirmişdir. Monitorinqlər göstərir ki, məktəbi bitirən 40 %-ə qədər uşaqda görmə problemləri mövcüddur.   Əsas səbəb kimi düz səthli masalar və səmərəsiz işıqlanma göstərilir. ST siniflərində masaların səthinin  160 maillikdə və hündürlüyünün  şagirdin günəş kələfinə uyğunlaşdırılması  təmin olundu. Bu  göz ilə iş səthi  arasında məsafənin 30-35 sm olmasını təmin edir, görmə orqanına düşən yükü azaldır. Həmçinin  qamət problemlərinin yaranmasının qarşısını alır.
  3. Sinifdəki bütün üç və iki divarın kəsişdiyi xətlər oval xarakter daşıyır. Divarlarda təbiət şəkilləri ilə  panorama effekti yaradılmışdır. Bu  isə şagirdləri gərginlikdən və streslərdən qoruyur.
  4. “Bir gün bir nağıl” təlim modeli şagirdlərin əqli və psixoloji  baxımdan sağlam inkişafını təmin edir.
Sağlam Təhsil Sağlam Millət

Əlaqə

Ünvan: Xətai Prostpekti 49,
Bakı, Azərbayan Respublikası,
AZ-1008
Tel: +994 55 909 00 34
E-mail: info@mttm.edu.az
www.cnet.edu.az

©MTTM | TƏHSİL NAZİRLİYİ

Follow us