Sağlam Təhsil Sağlam Millət
  • Ana səhifə
  • Layihə haqqında
  • İnnovasiyalar
  • Əlaqə
  • EN
  • Qlobal məsələ
  • Qanunvericilik
  • Təhsil Siyasəti
  • Həll yolları
  • Sual-Cavab
  • FƏG-lər
  • İcra Tələbləri
  • Məlumatlar
    • Məqsədimiz
    • Vəzifələrimiz
    • Görülən işlər
    • Gələcək planlar
    • İstiqamətlər
      • Pedaqoji
      • Psixoloji
      • Sosioloji
      • Gigiyenik
    • Məktəblərimiz
  • Tədbirlər

Təhsil alanların sağlamlığının qorunması onların təmin olunmuş hüququdur.

1. Beynəlxalq Millətlər Təşkilatının İnkişaf Proqramı – 2015-2030
2. UNESCO Davamlı İnkişaf üçün Təhsil
3. Beynəlxalq Uşaq Hüquqları Konvensiyası
4. Azərbaycan Respublikasının Konstitusiyası
5. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu
6. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu
7. Sanitariya –epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu
8. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası
9. Ümumtəhsil pilləsinin Dövlət Standartları və fənn proqramları (kurikulumları)

Beynəlxalq Millətlər Təşkilatının İnkişaf Proqramı 2030

Möhkəm sağlamliq və rifah – Sağlam həyat tərzini təmin etmək və hər yaşda, hər kəsin rıfahının təmin olunmasını dəstəkləmək;

Keyfiyyətli təhsil – Hər bir kəsi ehtiva edən, keyfiyyət baxımından bərabər təhsillə təmin etmək və hamı üçün ömür boyunca təlimə şərait yaratmaq;

Gender bərabərliyi – Gender bərabərliyinə, qadın və qızların imkanlarının genişləndirilməsinə nail olmaq;

Beynəlxalq Millətlər Təşkilatının İnkişaf Proqramı 2030

Təmiz su və sanitariya – Hər kəs üçün suyun yararlılığı, davamlı idarə edilməsi və sanitariyası;

Əlverişli və təmiz enerji – Hər kəsin əlverişli, etibarlı, davamlı və müasir enerji əldə etməsini təmin etmək;

Acliq olmasin – Aclığa son, qida məhsullarının təhlükəsizliyinə və qidalanmanın keyfiyyətinin yüksəldilməsinə nail olmaq və davamlı inkişafda olan kənd təsərrüfatının təbliği;
Yer üzündə həyat– Yerüstü ekosistemi davamlı qoru, bərpa et və təşviq et, meşələrin davamlı idarə edilməsi, torpağın deqradasiyasını və biomüxtəlifliyin itməsini dayandır.

 

UNESCO Davamlı İnkişaf üçün Təhsil

DİT -in məzmunu: tədris, iqlim dəyişikliyi, biomüxtəliflik, fəlakət riskinin azaldılması və davamlı istehlak və istehsal kimi mühüm məsələlərin inteqrasiyası
Pedaqoqika və təlim mühiti: təlim-tədris interaktiv yollarla, şagirdyönümlü əsasda elə tərtib edilir ki, öyrənmə tədqiqat, fəaliyyət və dəyişik etmək şəraitində baş versin. Təlim mühitinin təşkilinə yeni baxış: fiziki mühit, virtual və onlayn şərait şagirdləri davamlılıq üçün fəaliyyətə ilhamlandırmalıdır.
Təlim nəticələri: Təlimə stimullaşdırma, həmçinin tənqidi və sistemli təfəkkür, əməkdaşlıq qərar qəbuletmə, indiki və gələcək nəsillər üçün məsuliyyəti üzərinə çəkmək kimi əsas kompetensiyaların təşviqi.
Cəmiyyəti dəyişmə: Hər yaşda, hər təhsil səviyyəsində olan şagirdlərə özünü və yaşadığı cəmiyyəti dəyişməyə səlahiyyətlər vermək.

Yaşıl (sağlam) iqtisadiyyata və cəmiyyətə keçidə imkan vermək
– Təhsilalaanları «yaşıl iş»ə hazırlamaq
– İnsanları davamlı həyat tərzini qəbul etməyə motivasiya etmək.

İnsanları qlobal və yerli səviyyədə aktiv iştiraka cəlb edilən, qlobal problemləri həll etmək və nəticədə daha ədalətli, dinc, tolerant, inklüziv, təhlükəsiz və davamlı dünya yaratmaq üçün fəal ianəçilər olman “dünya vətəndaşı” olmağa

 

Uşaq hüquqları haqqında Konvensiya

Maddə 6
2. İştirakçı dövlətlər uşağın sağ qalmasını və sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin edirlər.
Maddə 24
3. İştirakçı dövlətlər uşaqların sağlamlığına mənfi təsir göstərən ənənəvi praktikanın aradan qaldırılması məqsədilə hər cür səmərəli və lazımi tədbirləri görürlər.
Maddə 29
1.İştirakçı dövlətlər razılaşırlar ki, uşağın təhsili aşağıdakılara yönəldilməlidir:
a) uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki qabiliyyətinin ən tam həcmdə inkişaf etdirilməsinə;
Maddə 32
1.. İştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar.

 

 

Təhsilalanlarn sağlamlığının qorunması onların təmin olunmuş hüququdur

Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ
I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır.

Maddə 41. Sağlamlığın qorunması hüququ
I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.
III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.

 

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 32. Təhsilalanların hüquq və vəzifələri

32.3.10. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
32.3.11. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

Maddə 33. Təhsilverənlərin hüquq və vəzifələri
33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

 

 

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 8. – Uşağın yaşamaq və inkişaf etmək hüququ
Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Maddə 9. – Uşağın həyatı və sağlamlığının mühafizəsi hüququ
Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ vardır. Dövlət uşaqların həyatının mühafizəsi və sağlam inkişafını təmin edir, ekoloji təhlükəsizliyini təmin edən şərait yaradır, onların keyfiyyətli yeməklə, içməli təmiz su ilə təchizi üçün müvafiq tədbirlər görür.

 

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Strateji hədəflər və tədbirlər

1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.

2.1.1. təhsilverənlər üçün təhsilin bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və müvafiq resursların hazırlanmasının təmin edilməsi;

 

 

Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)

2.3. Ümumi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır:

  • təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının
    təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil
    həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor
    bacarıqların aşılanmasını təmin etmək;

7.2. Təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini müəyyən edən təlim nəticələri və məzmun standartları aşağıdakı tələbləri ehtiva edir:

  • təhsilalanların sağlamlığının qorunması məqsədilə ağırlaşdırıcı tədris
    materiallarının təlim prosesinə gətirilməsinin qarşısının alınması.

 

 

Nazirlər Kabinetinin Qərarı

“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar,
ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli  156 nömrəli
Fərmanının 1.25-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar,
ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” təsdiq
edilsin (əlavə olunur).

 

 

Nazirlər Kabinetinin Qərarları

“Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar,
ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nin təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli Qərarı

2.3. Binalara olan tələblər
2.3.12. Dərslər siniflərdə üzbəüz formasında keçirilən zaman otaqların sahəsi bir
şagirdə 2,0-2,5 m2,
qrup formasında və fərdi məşğələlər qaydasında aparılarkən isə bir
şagirdə 2,5-3,0 m2 sahə ilə hesablanır.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli   103
nömrəli   qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və
proqramları (kurikulumları)”nda dəyişikliklər edilməsi haqqında
1.2. aşağıdakı məzmunda 12.2-ci-12.4-cü bəndlər əlavə edilsin:
12.2. Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə
çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.
12.3. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir
sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci
paralel sinif təşkil edilir.

 

 

Sanitariya-epidiemioloji salamatlıq haqqında
Azərbaycan respublikasının Qanunu

Maddə 23. Uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsalat təcrübəsi
şərtlərinə əməl edilməsi sahəsində vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar
məktəbəqədər uşaq tərbiyə müəssisələrində, orta məktəblərdə və texniki peşə
məktəblərində, digər idarə və müəssisələrdə uşaqların və yeniyetmələrin təhsili və
tərbiyəsi , istehsalat təcrübəsi şərtlərini , onların iaşəsi, sanitariya məişət təminatı,
əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl olunmasını təmin etməlidir.

Sağlam Təhsil Sağlam Millət

Əlaqə

Ünvan: Xətai Prostpekti 49,
Bakı, Azərbayan Respublikası,
AZ-1008
Tel: +994 55 909 00 34
E-mail: info@mttm.edu.az
www.cnet.edu.az

©MTTM | TƏHSİL NAZİRLİYİ

Follow us