Fizika və kimya qanunlarının tələblərini nəzərə
almayan mühəndis yaxşı körpü tikə bilərmi?
Müəllim də Mühəndisdir
- Pedaqoji prosesləri qurarkən təhsilalanların fərdi Fizioloji, Psixoloji, Sosioloji tələblərinin nəzərə alınması Sağlam və Proqressiv Azərbaycan Vətəndaşının formalaşdırılmasının əsas şərtləridir.
Uşaq fiziologiyası nəzərə alınmadan qurulan təlim prosesinin nəticələri
Mövcud dünya təhsil sisteminin problemləri
- Məktəblilərin sağlamlıq vəziyyətinin məktəbdaxili mühitdən və tədris formasından yüksək dərəcədə asılılığı son illərin gigiyenik müayinələrində təsdiqini tapmışdır.
- Məktəbyaşlı uşaqlar oyaq vaxtının 25%-ni sinifdə keçirir. Mövcud dünya təhsil texnologiyaları ilə uşaqlar həmin vaxtın əksəriyyətini sinifdə məhz oturaq vəziyyətdə keçirməyə məcbur qalırlar.
- Ümumi təhsilini başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərindən sayılır. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur.
Mövcud dünya təhsil sisteminin problemləri
Azərbaycan Respublikası Statistika Komitəsinin 2009-2014-cü illər üçün verdiyi 14-17 yaşlı yeniyetmələrin xəstələnmə hallarının müqayisəli təhlili göstərir ki, bu illər ərzində həmin göstərici 1,7 dəfə artmışdır. Xüsusilə də, aşağıda qeyd edilən xəstəliklərdə daha çox artım qeyd edilir:
- göz və gözün əlavə aparatı – 3 dəfə
- həzm sistemi – 2,8 dəfə
- sümük-əzələ sistemi və birləşdirici toxuma – 3,7 dəfə
- qan dövranı sistemi – 1,9 dəfə
- sinir sistemi xəstəlikləri – 2,1 dəfə
- psixi pozğunluqlar və davranış pozğunluqları – 1,5 dəfə
Mövcud dünya təhsil sisteminin problemləri
- ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-də belə problem var;
- Yuxarı sinif şagirdlərinin 41%-də qamət problemləri aşkar edilmişdir;
- Oğlanlar arasında normal fiziki inkişaf pozuntusu olan uşaqların sayı birinci sinifdə 19%-i təşkil etdiyi halda, beşinci sinifdə bu göstərici 33%-ə, məktəbi bitirəndə isə 40%-ə çatır. Qızlarda eyni problemə oğlanlardan orta hesabla iki dəfə az rast gəlinir.