“Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əsas məqsədi fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik proqressiv Azərbaycan və dünya vətəndaşı yetişdirməkdən ibarətdir.
Vəzifələrimiz
- Uşaq və yeniyetmələrin fiziki-psixi sağlamlığının qorunmasına xidmət edən sağlam təhsil texnologiyalarını işləyib hazırlamaq.
- Sağlam təhsil texnologiyalarını (sinfin tərtibatı və təchizatı, uşaqların fiziki fəallığının təmin edilməsi, onların inkişafına tibbi-psixoloji nəzarət, inteqrativ və problemə əsaslanan təlim metogologiyasından istifadə) tətbiq etmək , üstünlük və boşluqları dəyərləndirmək və təkmilləşdirmə işləri aparmaq.
- Uşaq və yeniyetmələrdə milli mənəvi dəyərlərin formalaşdırılmasını təmin edəcək təlim mühitinin yaradılması işinə töhfələr vermək
Görülən işlər
Təhsil haqqında AR Qanununun 32.3.10.-cu; Uşaq hüquqları haqqında AR Qanunununun 9-cu maddələrini, AR-da təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmr imzalanmışdır. 2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edilmişdir. Nəticələrin təhlili göstərmişdir ki, ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-ndə belə problem aşkar edilir. Həmçinin 41%-yuxarı sinif şagirdləri məktəbi qamət problemləri ilə başa vurur.
Layihə tətbiq ediləndən əvvəl məktəbin maddi texniki bazası, şagirdlərin fiziki-psixi vəziyyəti, öyrənildi. Gigiyenik tələblər gözlənilməklə siniflər təmir edildi. Siniflər komplektləşdirildi. Tədris ili ərzində Sağlam Təhsi siniflərində təhsil alan şagirdlərin fiziki-psixi sağlamlığın və sosioloji durumunun dinamikasını izləmək üçün dərs ilinin əvvəli (oktyabr), ortası (yanvar) və sonu (may) monitorinq keçirildi. Həmçinin sağlam təhsil texnologiyaları tətbiq edilən siniflərdə təhsilalanlaırn təlim nailiyyətləri qiymətləndirildi ki, bu da yayadılmış sağlam təhsil mühitinin şagirdlərin təlim nailiyyətləri təsirini öyrənməyə imkan verdi.
Sağlam Təhsil – Sağlam Millət layihəsi 2014-2015-ci dərs ilindən 6 məktəbin 15 birinci sinfində tətbiq edilməyə başlayıb. Növbəti 2015-2016-cı dərs ilində daha 29 məktəb layihəyə qoşuldu. Beləliklə, hazırda layihə 35 ümumtəhsil məktəbin 68 sinfində tətbiq edilir ki, bunlardan 53-ü birinci, 15-I ikinci siniflərdir. Layihə uzaq məqsədlərə kökləninib və mərhələli şəkildə həyata keçirilir.
Gələcək planlar
I Mərhələ: Hər il 35 məktəbdə açılan birinci siniflərdən bir qismi STS kimi fəaliyyət göstərəcək. Şagird sıxlığı və digər obyektiv səbəblərə görə məktəblərin tam şəkildə pilota alınması mümkün olmadığından pilot STS siniflər olan 34 məktəbdə parallel olaraq həm də ənənəvi siniflər fəaliyyət göstərir.
II Mərhələ: Sağlam Təhsil texnologiyalarının daha geniş miqyasda tətbiqi üçün qanunverici sənədlərin təkmilləşdirilməsi
III MƏrhələ: Sağlam Təhsil sinifləri fəaliyyət göstərən məktəblərin tədricən I-XI sinifləri əhatə edən ST məktəblərə çevrilməsi . Bu proses də mərhələli şəkildə ediləcək: Əvvəl ibtifai, sonra ümumi orta, daha sonra tam orta pillələr. 0-21 yaşı əhatə eədəcək meqa-məktəbin yaradılması.
IV Mərhələ: Regionlarda ST məktəblərin və ST siniflərin açılması və planauyğun genişləndirlməsi;
V Mərhələ: Resublikanın bütün şəhər və rayonlarını əhatə edən ST Məktəblər şəbəkəsinin qurulması;
VI Mərhələ: Orta ixtisas və Ali təhsil müəssisələrində Sağlam Təhsil Texnologiyalarının tədrisi üçün zəruri ixtisasların müəyyən edilməsi və kaferdaların açılması.
VII Mərhələ:Orta ixtisas və Ali təhsil müəssisələrində sağlam ətraf mühitin və öyrənmə mühitinin yaradılması;
Bütün mərhələlərdə əldə ediln təcrübənin digər ölkələrin təcrübələri ilə mübadilə edilməsi.