Layihə çərçivəsində 35 ümumtəhsil məktəbinin 68 ibtidai sinfində qeyd edilən innovasiyalar tətbiq edilir.
- İlk dəfə olaraq birinci siniflərdə ayaqüstü iş masalarından istifadə edildi. Siniflərdə ayaqüstü və oturacaqlı iş masaları olmaqla şagirdlər 15 dəqiqədən bir vaxtı idarə edən pultun siqnalı ilə yerlərini dəyişir, və bu zaman tavanda çəkilmiş göz trenajoru və vestibulyar məşqçi sistemi ilə bərpaedici məşqlər yerinə yetirir. Fəaliyyətin dəyişdirilməsi diqqəti davamlılığının artmasına, qan dövranının intensivləşməsi ilə beyin qan təchizatının yaxşılaşması və bununla da zehni iş qabiliyyətinin yüksəlməsinə səbəb olur.
- XX əsrin 70-ci illərindən başlayaraq məktəblərdən mailli səthli partalarını düz səthli masalarla əvəz olunması, uşaqların görməsinə ciddi zərər gətirmişdir. Monitorinqlər göstərir ki, məktəbi bitirən 40 %-ə qədər uşaqda görmə problemləri mövcüddur. Əsas səbəb kimi düz səthli masalar və səmərəsiz işıqlanma göstərilir. ST siniflərində masaların səthinin 160 maillikdə və hündürlüyünün şagirdin günəş kələfinə uyğunlaşdırılması təmin olundu. Bu göz ilə iş səthi arasında məsafənin 30-35 sm olmasını təmin edir, görmə orqanına düşən yükü azaldır. Həmçinin qamət problemlərinin yaranmasının qarşısını alır.
- Sinifdəki bütün üç və iki divarın kəsişdiyi xətlər oval xarakter daşıyır. Divarlarda təbiət şəkilləri ilə panorama effekti yaradılmışdır. Bu isə şagirdləri gərginlikdən və streslərdən qoruyur.
- “Bir gün bir nağıl” təlim modeli şagirdlərin əqli və psixoloji baxımdan sağlam inkişafını təmin edir.