Təhsil haqqında AR Qanununun 32.3.10.-cu; Uşaq hüquqları haqqında AR Qanunununun 9-cu maddələrini, AR-da təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmr imzalanmışdır. 2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edilmişdir. Nəticələrin təhlili göstərmişdir ki, ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-ndə belə problem aşkar edilir. Həmçinin 41%-yuxarı sinif şagirdləri məktəbi qamət problemləri ilə başa vurur.
Layihə tətbiq ediləndən əvvəl məktəbin maddi texniki bazası, şagirdlərin fiziki-psixi vəziyyəti, öyrənildi. Gigiyenik tələblər gözlənilməklə siniflər təmir edildi. Siniflər komplektləşdirildi. Tədris ili ərzində Sağlam Təhsi siniflərində təhsil alan şagirdlərin fiziki-psixi sağlamlığın və sosioloji durumunun dinamikasını izləmək üçün dərs ilinin əvvəli (oktyabr), ortası (yanvar) və sonu (may) monitorinq keçirildi. Həmçinin sağlam təhsil texnologiyaları tətbiq edilən siniflərdə təhsilalanlaırn təlim nailiyyətləri qiymətləndirildi ki, bu da yayadılmış sağlam təhsil mühitinin şagirdlərin təlim nailiyyətləri təsirini öyrənməyə imkan verdi.
Sağlam Təhsil – Sağlam Millət layihəsi 2014-2015-ci dərs ilindən 6 məktəbin 15 birinci sinfində tətbiq edilməyə başlayıb. Növbəti 2015-2016-cı dərs ilində daha 29 məktəb layihəyə qoşuldu. Beləliklə, hazırda layihə 35 ümumtəhsil məktəbin 68 sinfində tətbiq edilir ki, bunlardan 53-ü birinci, 15-i ikinci siniflərdir. Layihə uzaq məqsədlərə kökləninib və mərhələli şəkildə həyata keçirilir.