Tətbiq üçün həll olunmalı məsələlər
Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi
sahəsində davamlı inkişafın təmin edilməsi məqsədi ilə aşağıda qeyd edilən tədbirlər
həyata keçirilsin
Maddi texniki baza və resurslar:
- Ayrı-ayrı ümumtəhsil müəssisələrinin sinif otaqlarının sahəsi və şagird sayının
nisbəti müəyyənləşdirilməsi, Azərbaycan Respublikası Nazirlər Kabunetinin 171
nömrəli qərarını əldə rəhbər tutmaqla məktəblərin rassionallaşdırılmasına dair
təkliflərin verilməsi. - İllik məktəb təchizatının bütün sifarişləri tibbi-gigiyenik tələblər baxımından təhlil
edilsin və gigyenik tələblərə cavab verən məhsullarla əvəz olunsun.
Kadrlar:
- İlkin pedaqoji kadr hazırlığı və əlavə təhsil pillələrində proqram və sillabuslar
hazırlanarkən gigiyena, fiziologiya, psixologiya, sosiologiya, pedaqogika elmləri
üzrə nəzəri-praktik bilik və bacarıqların inteqrativliyi təmin olunsun.
Tətbiq üçün həll olunmalı məsələlər
Standartlar:
- Təhsilalanların sağlamlığının qorunması məqsədi ilə mövcud standart və
normativlər müasir gigiyenik tələblər baxımından təhlil edilsin və təkliflər
hazırlansın (Təhsilin inkişafı üzrə Dövlət Strategiyası : 3.1.2.5. təhsil
müəssisələrinin infrostrukturuna dair norma, standart və qaydaların təkmilləşdirilməsi); - Milli qiymətləndirmə zamanı təhsilalanların yalnız təlim nailiyyətləri deyil, sağlam
və proqressiv Azərbaycan vətəndaşının formalaşması baxımından əhəmiyyətli olan
fiziki-psixi sağlamlığı, sosiallaşması, mənəvi-psixoloji vəziyyətinin
qiymətləndirilməsinə dair qanunverici sənədlərə düzəlişlər barədə təkliflər verilısin.
Maliyyə:
- Sağlam Təhsil Məktəblərinin büdcədənkənar vəsaitlər hesabına inşa və idarə
edilməsi məqsədi ilə yerli və xarici investorların cəlb edilməsi üçün hüquqi zəmin
yaratmaq baxımdan təkliflər hazırlansın.