Sağlam Təhsil Sağlam Millət
  • Ana səhifə
  • Layihə haqqında
  • İnnovasiyalar
  • Əlaqə
  • EN
  • Qlobal məsələ
  • Qanunvericilik
  • Təhsil Siyasəti
  • Həll yolları
  • Sual-Cavab
  • FƏG-lər
  • İcra Tələbləri
  • Məlumatlar
    • Məqsədimiz
    • Vəzifələrimiz
    • Görülən işlər
    • Gələcək planlar
    • İstiqamətlər
      • Pedaqoji
      • Psixoloji
      • Sosioloji
      • Gigiyenik
    • Məktəblərimiz
  • Tədbirlər

Təhsil haqqında AR Qanununun  32.3.10.-cu; Uşaq hüquqları haqqında AR Qanunununun 9-cu maddələrini, AR-da təhsilin inkişafı üzrə Dövlət Strategiyasının qarşıya qoyduğu vəzifələri nəzərə alaraq “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmr imzalanmışdır. 2013-2014-cü tədris ilində  2500 məktəbli ilkin  tibbi monitorinqlərə cəlb edilmişdir. Nəticələrin təhlili göstərmişdir ki, ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq  45%-ndə belə problem aşkar edilir. Həmçinin 41%-yuxarı sinif şagirdləri məktəbi  qamət problemləri ilə başa vurur.

Layihə tətbiq ediləndən əvvəl məktəbin maddi texniki bazası, şagirdlərin fiziki-psixi  vəziyyəti, öyrənildi. Gigiyenik tələblər gözlənilməklə siniflər təmir edildi. Siniflər komplektləşdirildi.  Tədris ili ərzində Sağlam Təhsi siniflərində təhsil alan şagirdlərin fiziki-psixi sağlamlığın və sosioloji durumunun dinamikasını izləmək üçün dərs ilinin əvvəli (oktyabr), ortası (yanvar) və sonu (may) monitorinq keçirildi. Həmçinin sağlam təhsil texnologiyaları tətbiq edilən  siniflərdə  təhsilalanlaırn təlim nailiyyətləri qiymətləndirildi ki, bu da yayadılmış  sağlam təhsil mühitinin  şagirdlərin təlim nailiyyətləri təsirini öyrənməyə   imkan verdi.

Sağlam Təhsil – Sağlam Millət layihəsi  2014-2015-ci dərs ilindən 6 məktəbin 15 birinci sinfində tətbiq edilməyə başlayıb. Növbəti 2015-2016-cı dərs ilində daha 29 məktəb  layihəyə qoşuldu. Beləliklə,  hazırda layihə 35 ümumtəhsil məktəbin 68 sinfində tətbiq edilir ki, bunlardan 53-ü birinci, 15-i ikinci siniflərdir. Layihə uzaq məqsədlərə kökləninib və mərhələli şəkildə həyata keçirilir.

Sağlam Təhsil Sağlam Millət

Əlaqə

Ünvan: Xətai Prostpekti 49,
Bakı, Azərbayan Respublikası,
AZ-1008
Tel: +994 55 909 00 34
E-mail: info@mttm.edu.az
www.cnet.edu.az

©MTTM | TƏHSİL NAZİRLİYİ

Follow us