Sağlam Təhsil Sağlam Millət
  • Ana səhifə
  • Layihə haqqında
  • İnnovasiyalar
  • Əlaqə
  • EN
  • Qlobal məsələ
  • Qanunvericilik
  • Təhsil Siyasəti
  • Həll yolları
  • Sual-Cavab
  • FƏG-lər
  • İcra Tələbləri
  • Məlumatlar
    • Məqsədimiz
    • Vəzifələrimiz
    • Görülən işlər
    • Gələcək planlar
    • İstiqamətlər
      • Pedaqoji
      • Psixoloji
      • Sosioloji
      • Gigiyenik
    • Məktəblərimiz
  • Tədbirlər
  • 12-ci Azərbaycan Beynəlxalq Təhsil "Education 2018" sərgisi
  • "Sağlam təhsil-sağlam millət" layihəsi üzrə mükafatlandırılma mərasimi - 28 iyun 2018
  • “Ebru sənəti” ilə bağlı tədbir - 8 iyun 2018
  • “4 illik hesabat” tədbiri - 7 iyun 2018
  • AXC-nin 100 illiyinə həsr edilən Bədii qiraət müsabiqəsi
  • Bayrağımızı əməllərdə yaşadaq! - 15, 29 mart, 26aprel, 21 may 2018
  • “Sağlam Qida” tədbirləri silsiləsində “Yerkökü” bayramı - 11 may 2018
  • “Sağlam Təhsil” siniflərində təhsil alan oğlanlar arasında Turnikdən dartınma yarışı - 21 aprel 2018
  • “Ebru sənəti” yarışı - 7 mart 2018
  • Xocalı qan yaddaşımız! - 26 fevral 2018
  • Beynəlxalq Ana dili günü - 20 fevral 2018
  • Sağlam və həmrəy azərbaycanlılar! - 12 yanvar 2018
  • Azərbaycanım mənim! - 20 dekabr 2017
  • Bayrağımız-qürur mənbəyimizdir! - 8 noyabr 2017
  • “Sağlam qida, sağlam gələcək” - 31 oktyabr 2017

12-ci Azərbaycan Beynəlxalq Təhsil "Education 2018" sərgisi

12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi

11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi öz işinə başladı. Sərgi “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilir.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Təhsil Naziri Ceyhun Bayramov qeyd edib ki, müasir dünyada insan kapitalı istənilən cəmiyyətin inkişafını təmin edən əsas göstərici olmaqla yanaşı, həm də ölkə inkişafının, onun dünya ictimaiyyətinə inteqrasiyasının göstəricisidir.

“Sağlam Təhsil – Sağlam Millət” layihəsini sərgidə 26 nömrəli tam orta məktəbin 4a “Sağlam Təhsil” sinfinin şagirdləri təmsil etdi. Sinif rəhbəri – Sevinc Həşimova.

Həmçinin Ebru sənətini 83 nömrəli məktəb-liseyin şagirdləri Nemətli Fidan və Nağıyeva Mirana müəllim Zaur Orucovun köməyi ilə təqdim etdilər.

43727757_2123251301273613_6924819661611597824_n

"Sağlam təhsil-sağlam millət" layihəsi üzrə mükafatlandırılma mərasimi - 28 iyun 2018

İyunun 28-də Təhsil Nazirliyində “Sağlam təhsil – sağlam millət” layihəsi üzrə fəaliyyət göstərən müəllimlərin və bir qrup əməkdaşın mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, layihənin rəhbəri Şamil Süleymanlı və KİV nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan “Sağlam təhsil – sağlam millət” layihəsinin rəhbəri Şamil Süleymanlı layihənin əhəmiyyətindən danışıb, bu istiqamətdə görülən işləri vurğulayıb.

Bildirilib ki, hazırda Bakı və Sumqayıt şəhərlərində 38 məktəbin 168 sinfində “Sağlam təhsil – sağlam millət” layihəsi tətbiq edilir. İl ərzində 3 dəfə olmaqla “Sağlam təhsil” siniflərinin müəllimlərinə tibbi-gigiyenik, pedaqoji, psixoloji, sosioloji təlimlər keçirilib. Şagirdlərin sosiallaşma bacarıqlarının artırılması məqsədi ilə müxtəlif tədbirlər təşkil edilib. Eyni zamanda Təhsil İnstitutunun və Azərbaycan Tibb Universitetinin mütəxəssis heyəti tərəfindən “Sağlam təhsil” siniflərində monitorinqlər aparılıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov layihə iştirakçılarını təbrik edib, layihənin məqsədinin fiziki-psixi və mənəvi sağlam, yüksək təlim və yaradıcılıq nailiyyətlərinə malik Azərbaycan vətəndaşının, qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi olduğunu diqqətə çatdırıb. Təhsil Nazirliyinin müvafiq layihə çərçivəsində əhəmiyyətli işlər həyata keçirdiyindən danışan nazir müavini qeyd edib ki, tədris prosesində akademik biliklərin əldə edilməsi heç bir şəkildə gənc nəslin, şagirdlərin sağlamlığı hesabına baş verməməlidir. Bu isə layihənin kökündə duran əsas məramdır.

Firudin Qurbanov bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləyib. Dəyişən dünyada tədris prosesi də dəyişilməli və inkişaf etməlidir. “Sağlam təhsil-sağlam millət” layihəsi də gənc nəslin bu dəyişikliklərə daha hazırlıqlı olması zərurətindən irəli gəlib.

Tədbirin sonunda 16 nəfər ibtidai sinif müəlliminə, layihənin pedaqoji, tibbi-gigiyena, psixologiya, sosiologiya blokunun nümayəndələrinə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” təqdim edilib.

36440187_2043451802586897_2741724598541221888_o
36333465_2043452135920197_600667776394199040_n
36444407_2043452372586840_8681928689786552320_n
36474426_2043452622586815_8262696609901445120_n
36470689_2043453572586720_4662201783085432832_n
36391117_2043453765920034_2214029145434750976_n
36392046_2043453549253389_538421326474379264_n
36340472_2043454099253334_8968977554794872832_n
36376278_2043453782586699_8722596979198132224_n
36382005_2043454002586677_6764600721292656640_n
36386183_2043453949253349_3288021181344514048_n
36386222_2043453965920014_3746692975246180352_n
36386257_2043454252586652_409216237625671680_n
36405647_2043454139253330_4024935151547973632_n

“Ebru sənəti” ilə bağlı tədbir - 8 iyun 2018

“Ebru sənəti” ilə bağlı tədbir

“4 illik hesabat” tədbiri - 7 iyun 2018

Sumqayıt şəhəri, Y. Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə 4ç “Sağlam Təhsil” sinfi 4 illik hesabat xarakterli tədbir keçirib. Şagirdlər maraqlı çıxışlarla qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər.  Bu sinif layihənin ilk buraxılış siniflərindən biridir. Əziz balalarımıza uğurlar

AXC-nin 100 illiyinə həsr edilən Bədii qiraət müsabiqəsi

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu.

Məktəblilərdə vətənpərvərlik hissini və vətəndaşlıq fəallığını yüksəltmək məqsədilə 18 nömrəli tam orta məktəbdə Respublika gününə həsr edilən Bədii qiraət müsabiqəsi keçirildi. “Sağlam Təhsil” siniflərinin igid və xanımları şeir, mahnı, rəqs ilə müsabiqədə böyük həvəslə çıxış etdilər. Müsabiqənin qalibləri diplom və təşəkkürnamələrlə təltif olundular.

Bayrağımızı əməllərdə yaşadaq! - 15, 29 mart, 26aprel, 21 may 2018

” Sağlam Təhsil -Sağlam Millət” layihəsi çərçivəsində “Sağlam Təhsil” siniflərinin şagirdləri və müəllimlərinin iştirakı ilə “Bayrağımızı əməllərdə yaşadaq!” tədbirləri keçirildi. Tədbirlərdə layihənin işçi qrupunun üzvləri və məktəbin rəhbərliyi iştirak etdi. Mövzu ilə bağll sosial çarxlar nümayiş edildi, çıxışlar və şerlər dinlənildi. Şagirdlər üç rəngli bayrağımız haqqında məlumat verdilər.  Şagirdlər “Sədaqət Andı” içdilər.Vətənə məhəbbət insanın qəlbində yaşayan, onu vətənin çiçəklənməsinə təhrik edən ən güclü mənəvi-əxlaqi hissdir. Bu hiss şagirdlərimizə ibtidai siniflərdən aşılanır. Şagirdlərimizin ifasında bunu hiss etdik.

“Sağlam Qida” tədbirləri silsiləsində “Yerkökü” bayramı - 11 may 2018

11 may 2018-ci ildə 18 nömrəli tam orta məktəbin 2 d sinfində “Yerkökü bayramı” keçirildi. Tədbir sinif rəhbəri Ülviyyə Haşımovanın senarisi əsasında təşkil olunub. Tədbirin əsas məqsədi-  sağlam həyat tərzinin və sağlam qidanın təbliği idi. Bayram şagirdlərin əldə edilən bilik və bacarıqlarını nümayiş etməyə imkan yaratdı. Belə tədbirlər  hər bir şagirdin şəxsi keyfiyyətlərinin hərtərəfli inkişafına kömək edir.

“Sağlam Təhsil” siniflərində təhsil alan oğlanlar arasında Turnikdən dartınma yarışı - 21 aprel 2018

21 aprel 2018-ci ildə 214 nömrəli tam orta məktəbdə”Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində “Sağlam Təhsil” siniflərinin oğlanları arasında növbəti turnik yarışı keçirildi. Məqsəd: sağlam həyat tərzinin formalaşması,   mənəvi dəyərlərin, sosial bacarıqların və keyfiyyətlərin aşılanması.   Yarışın keçirilməsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının aparıcı mütəxəssisləri də iştirak etdilər. Yüksək nəticə göstərən igidlərə diplomlar təqdim edildi.

“Ebru sənəti” yarışı - 7 mart 2018

“Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində keçirilən tədbirlər arasında Ebru sənəti ilə bağlı məşğələlər şagirdlərdə xüsusi maraq yaradır. Uşaqlar bu məşğələləri səbirsizliklə gözləyərək, böyük həvəslə iştirak edirlər. “Sağlam Təhsil” siniflərində Ebru sənəti ilə bağlı artıq bir neçə dərs keçirilib. Bu dərslərdə uşaqlar öyrəndiklərini öz bacarıqları və əl işləri ilə nümayiş etdiriblər. 83 nömrəli məktəb – liseydə də bu günlərdə Ebru sənəti ilə bağlı yarış keçirildi. Ən yaxşı işlər seçilərək yarışı izləməyə və dəyərləndirməyə gələn qonaqlara təqdim edildi. Qeyd etməliyik ki, bu cür məşğələ və yarışlar milli dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

Xocalı qan yaddaşımız! - 26 fevral 2018

1992-ci ilin qarlı qışında fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədi həkk olundu.

Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.

Binəqədi rayon 83 saylı məktəb –liseyin 4 ”B” Sağlam təhsil” sinfinin şagirdləri tərəfindən  Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sinif müəlliməsi Aynir Museyibli bu tarixi faciə haqqında məlumat verib. Daha sonra şagirdlər şerlər söyləyib, öz fikirlərini bölüşüblər. Şagirdlər tərəfindən hazırlanan sinif divar qəzetləri, Xocalı hadisələrinə aid guşələr də gənc nəsildə bu dəhşətli faciə barədə ətraflı təsəvvür yaradıb. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb , onların xatirəsi anılan lövhə qarşısına qərənfillər düzülüb.

Beynəlxalq Ana dili günü - 20 fevral 2018

Fevralın 20 – də Su­raxanı rayonu 114 nö­mrəli tam orta məktə­bin Sağlam Təhsil si­niflərində “21 Fevral Beynəlxalq Ana Dili Günü” nə həsr olun­muş dərslər keçirild­i. Uşaqlar ana dilim­izin füsünkar sehrin­dən, ecazkarlığından bəhs etdilər. Şeirl­ər söyləyib, mahnılar ifa etdilər. Məktəbin ümumi tədbirində 4a sinif şagirdləri “Ən acı və ən şirin nədir?” adlı səhnəcik göstərdilər.

1
2
3
4
5
28056819_1978871312378280_5725827721136508993_n
28166435_1978871432378268_8323698693237306816_n
28167039_1978871239044954_2014758014952482504_n

Sağlam və həmrəy azərbaycanlılar! - 12 yanvar 2018

Yanvarın 12-də 132-134 №-li Təhsil Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə Milli Təhsil Texnologiyaları Mərkəzi və “Pətək” İctimai Birliyinin birgə təşkilatçığı ilə “Sağlam Təhsil – Sağlam Millət” layihəsi çərçivəsində həyata keçirilən Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunan “Sağlam və həmrəy azərbaycanlılar!” adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycanım mənim! - 20 dekabr 2017

Bakı şəhəri Suraxanı rayonu 114 nömrəli tam orta məktəbin 2c sinfi “Azərbaycanım mənim” adlı tədbir keçirmişdir. Tədbirdə şagirdlər maraqlı kompozisiyalar təqdim etdilər, şeir və mahnılar ifa etdilər, vətənpərvərlik mövzusunda səhnələr qurdular.
Müəllim: Məmmədova Pərvanə

Bayrağımız-qürur mənbəyimizdir! - 8 noyabr 2017

2017-ci il noyabrın 8-də Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən olan Dövlət Bayrağının qəbul edilməsinin 99 illiyinə həsr olunmuş “Bayrağımız – qürur mənbəyimizdir!” adlı tədbir keçirilmişdir.

Tədbir çərçivəsində İnnovativ Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan Respublikası Dövlət Bayrağının təbliği məqsədi ilə üç rəngli göy, qırmızı, yaşıl, ay-ulduzlu şanlı bayrağımızın 132-134 Nömrəli Təhsil Kompleksinin aşağı “Sağlam təhsil” sinif şagirdlərinə təqdim etmə və məktəblilərin Bayrağa sədaqət and içmə mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Müdafiə Nazirliyi Mənəvi – Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin baş zabiti polkovnik-leytenant Elmar Zeynəlabdinov tərəfindən 132-134 Nömrəli Təhsil Kompleksinin nümayəndəsi e.o.polkovnik – leytenant Babazadə Aydına təqdim olundu. Daha sonra İnnovativ Təşəbbüslər İctimai Birliyinin sədri Əşrəf Əhmədov bayrağın insan, xalq və millət həyatında önəmindən danışaraq bayrağımızın gənc nəslə daim təbliğ olunmasının vacibliyini vurğuladı. Daha sonra İnnovativ Təşəbbüslər İctimai Birliyi və Azərbaycan Hərb Tarixi Muzeyinin birgə imzası ilə təsdiq olunmuş sertifikat da məktəbin nümayəndəsinə təqdim olundu.

 

23472366_1932927783639300_8025310975581435901_n

“Sağlam qida, sağlam gələcək” - 31 oktyabr 2017

Oktyabrn 31 – də Binəqədi rayonu 83 saylı məktəb – liseyin 4″b” Sağlam Təhsil sinfində təcrübəli müəllimə Aynur Müseyiblinin rəhbərliyi ilə “Sağlam qida,sağlam gələcək”mövzusunda açıq dərs təşkil olunub.Tədbirdə Bakı Mühəndislər Universitetinin pedaqogika kafedrasının müdiri,”Sağlam Təhsil-Sağlam Millət” layihəsinin pedaqoji blokunun rəhbəri Cəmil Məmmədov, Azərbaycan Tibb Universitetinin dosenti Zöhrə İsmayılova, MTTM-in sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova,Təhsil İslahatlar Sektorunun məsləhətçisi Şəbnəm Cabbarova,İcra orqanından nümayəndə,məktəbin direktoru Nəbi Mahmudov,müəllim heyyəti və valideynlər iştirak edib.Uşaqların iştirakı ilə təşkil olunan səhnəcikdə ziyanlı qidaların fəsadları,sağlam qidaların xeyiri,meyvə və tərəvəzlərin əhəmiyyəti,gigiyena və sanitariya qaydaları haqqında məlumat verilib,süfrə atributları izah olunub və əyani şəkildə şagirdlər tərəfindən nümayiş edilib,”Gündəlik səhər,nahar,şam süfrələrinin menyusu necə olmalıdır”- haqqında məlumatlar verilib və təqdim olunubdur.

Sağlam Təhsil Sağlam Millət

Əlaqə

Ünvan: Xətai Prostpekti 49,
Bakı, Azərbayan Respublikası,
AZ-1008
Tel: +994 55 909 00 34
E-mail: info@mttm.edu.az
www.cnet.edu.az

©MTTM | TƏHSİL NAZİRLİYİ

Follow us